Qorx-mazoba
Qorxmazoba (Tat. Dərəsiyəo) — Azərbaycan Respublikasının Quba rayonunda, dağlarda yerləşən bir kənddir. Əhalisi təxminən 600 nəfərdən ibarətdir və əsasən etnik Tatlar təşkil edir.
Kəndin Dərəsiyəo adı, ərazinin təbii mənzərəsini əks etdirir. "Dərə" dərə, "siyə" qara, "o" isə Tat dilində su deməkdir. Kənd yamyaşıl bitki örtüyü və təbii bulaqlarla əhatə olunub ki, bu camaatı bol su və ruzi bərəkət ilə təmin edir.
Kənd kontinental iqlimə malikdir, qışı çox soyuq və yayı isti keçir. Çoxlu ağaclar, bitkilər, meyvələr və tərəvəzlərlə örtülüb ki, gözəl və yaşıl bir mühit təmin edir. Kənd təsərrüfatının əsasını əkinçilik, maldarlıq, meyvə, heyvan və ət satışı təşkil edir.
Burada yaşayan sakinlərin özünəməxsus adət-ənənələri və mədəniyyəti var ki, onlar bununla fəxr edirlər.